Pakistan Xarici İşlər Nazirliyinin müşaviri Əziz Çadırı, Səudiyyə Ərəbistanının paytaxtı Riyadda 34 İslam ölkəsinin iştirakı ilə terrora qarşı yaradılan koalisiyaya ölkəsinin də daxil edildiyindən xəbərsiz olduqlarını bildirib. Müşavir, ölkəsinin koalisiyaya daxil edildiyi haqda xəbərləri mətbuatdan oxuduqlarını və bunu təəccüblə qarşıladıqlarını açıqlayıb.
Çaduri, mətbuata açıqlamasında, Pakistanın Riyad səfirindən Səudiyyə rəsmiləri ilə görüşərək, məsələyə aydınlıq gətirməsini istədiklərini bildirib.
Aydın Taş