Türkiyədən sonra İtaliya da İraqın Mosul şəhərinə hərbi qüvvə göndərir. Bu haqda İtaliyanın baş naziri Matteo Renzi məlumat verib. Nazir İŞİD-in təhdidi altında olan Mosul su anbarının təmir tenderini bir İtalyan şirkətinin qazandığını, səddin qorunması üçün İraqa 450 əsgər göndərəcəklərini açıqlayıb.
İtalyan dövlət kanalı RAİ 1-də yayımlanan “Porta a Porta” proqramının qonağı olan baş nazir Matteo Renzi, İtalyanın, Peşmergə silahlılarına təlim keçmək üçün daha əvvəl də bölgəyə hərbi personal göndərdiyini bildirib.
Aydın Taş