Bakıda hərbi şəhərcikdə dəhşət: 20 yaşlı qız özünü öldürdü

olum-intiharFaktla bağlı araşdırma aparılır

Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.Allahverdiyev küçəsindəki hərbi şəhərcikdə baş verib. Dünən gecə saatlarında 1995-ci il təvəllüdlü Xəlilli Çiçək Zakir qızı şəhərciyin həyətindəki yarımtikilidə özünü asıb. Onun elektrik naqilindən asılı vəziyyətdə qalmış meyiti aşkarlanıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.