İraq kürd bölgəsinin lideri Məsud Bərzaninin sədri olduğu Kürdüstan Demokrat Partiyası (KDP), terror təşkilatı PKK-nın siyasi qolu olan KCK-ni sərt tənqid edib. Bərzani, kürd xalqının yaşadığı bütün problemlərin KCK-dan qaynaqlandığını deyib:
“Özünüz daxil olmaqla heç kim nə istədiyinizi bilmir. Nəyin arxasında olub, kim tərəfindən önə çıxarıldığınız bilinmir. Kürd millətinə problem çıxarmaqdan başqa nə etdiniz? Niyə gedib problemlərinizi Türkiyə ilə çözmürsünüz? Sizin Kürdüstan bölgəsinə nələr etdiyinizi, kürd xalqının bilməsi və bu zülmdən xəbərdar olması üçün xarabaya çevirdiyiniz 500 kəndin adını çəkə bilərik. Oradakı kəndlərdə həyat adına bir şey qalmadı və insanlar köç etməyə məcbur oldu. Kürdüstan hökumətinin bu kəndləri yenidən inşa etməsinə də imkan vermədiniz. Kürdlərin həyatını qarışdırmaq sizin peşənizdir. Türkiyədəki bir çox kənddə həyatı dondurmusunuz. Sizin bu səhv siyasətiniz üzündən bölgədəki insanların dincliyi yoxdur. Kürd xalqının sizi tanımasının vaxtı gəlmişdir. Müqayisə etsinlər, sizmi kürd xalqının həyatını alt-üst etdiniz, yoxsa Kürdüstan Demokrat Partiyas? ”
Aydın Taş