Aleksey Puşkov: “Ankara Rusiya ilə nə edəcəyini bilmir”

PuskovDövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov, Türkiyəni Rusiya ilə əlaqələri necə quracağını bilməməkdə günahlandırıb. Komitə rəhbəri Türkiyəni təxribatlarla vəziyyəti qəsdən gərginləşdirməkdə də ittiham edib:

“Ərdoğanın bu hadisəni unutmamızı istəməsi, doğru deyil. Türkiyə prezidenti təxribatlarla ortamı daha da gərginləşdirərək, siyasətimizi yaxşıya doğru dəyişməməmiz üçün müxtəlif yollar axtarır. Türkiyə təyyarəmizi vurduğunu unudur və vəziyyətin gərginləşməsi üçün müxtəlif təxribatlar hazırlayır. Bu cür balanssız davranış, Ankaranın Rusiya ilə nə edəcəyini bilmədiyini göstərir”,-deyə Puşkov bildirib.

Puşkov, Türkiyənin günahını qəbul etmədən və üzr istəmədən iki ölkə arasında əlaqələrin düzəlməsinin mümkünsüz olduğunu da bildirib.

 

Aydın Taş