Türkiyə İsraillə münasibətləri normallaşdırmağa hazırdır. Belə bir bəyanatla Türkiyə prezidenti Ərdoğan çıxış edib. Onun sözlərinə görə, bu, İsrail Ankaranın səsləndirdiyi 3 şərti yerinə yetirəcəyi təqdirdə ola bilər.
“İsrail 2010-cu ilin may ayında Qəzza sahillərində gəmiləri tutduğuna görə üzr istəməli, hadisə zamanı dünyasını dəyişənlərin ailələrinə kompensasiya ödəməli və Qəzza sektorunun blokadasını aradan qaldırmalıdır”, – deyə Ərdoğan bəyan edib.
İsraildə Ərdoğanın sözləri diqqətdən kənar qalmayıb. Xarici İşlər Naziri Dori Qoldanın sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması bütün Yaxın Şərg regionu üçün faydalı olacaq.
“Türkiyə ilə yaxşı münasibətlər həmişə bizim xarici siyasətin prioritet məqsədlərindən olub və son vaxtlar biz bu münasibətləri yaxşılaşdırmaq üçün mümkün olan hər şey edirik”, – deyə israilli diplomat qeyd edib.
azadlıq.info



