Sinay yarımadasında Rusiyaya məxsus A321 təyyarəsinin qəzaya uğraması ilə bağlı Misirin açıqladığı hesabat Rusiyanı qane etməyib. Misir tərəfinin iddiasına görə, təyyarənin terror nəticəsində qəzaya uğradığı təsdiq olunmur. Rusiya Federal Təhlükəsizlik Xidmətinin ekspertləri isə təyyarəyə yerləşdirilən partlayıcının növünü də aşkarladıqlarını deyirlər.
Rusiyalə mütəxəssislər hadisə yerindən şübhə yaradan detalları çıxara bilməyib. Çünki bu aviqəzanın araşdırılmasına dair beynəlxalq qaydalara ziddir. Bununla belə sərnişinləin şəxsi əşyaları və təyyarənin bəzi yerlərinin xırda qırıntıları Rusiyaya gətirilib. Əldə olunan elemntlərin araşdırması isə təyyarədə partlayıcının yerləşdirilməsi ilə bağlı şübhələr yaradıb.
azadlıq.info



