Rusiya ordusu Suriyada 30 sentyabr-1 noyabr arasında təşkil etdiyi hücumlar nəticəsində 152-si uşaq, 60-ı qadın olmaqla, 583 dinc insanın həyatına son qoyub. Bu haqda Suriya İnsan Haqqları İzləmə Təşkilatının hesabatında bildirilir.
Təşkilat tərəfindən yayımlanan hesabatda, Rusiyanın iki ay ərzində müxaliflərin məskunlaşdığı bölgələrə ən az 111, İŞİD hədəflərinə isə 27 hava zərbəsi endirdiyi göstərilir. Bundan başqa, hesabatda, hücumlar zamanı ən az 16 məktəbin, 11 səhiyyə mərkəzinin, 10 məscidin və 8 istehsalat müəssisəsinin hədəf alındığı da göstərilir.
Aydın Taş