Türkmənistandan dönüşü zamanı təyyarədə jurnalistlərə İsraillə əlaqələrin normallaşması üçün üç şərt olduğunu açıqlayan prezident Ərdoğan, şərtlərinin yalnız birinin təmin olunduğunu bildirmişdi: “Üzr demişdik, bu, oldu. Kompensasiya dedik, amma əməl olunmadı. Üçüncü tələbimiz isə Fələstinə qarşı tətbiq olunan embarqonun qaldırılmasıdır”, deyə bildirmişdi.
Artıq İsrail rəsmiləri Ərdoğanın açıqlamasına reaksiya verib. “Yediot Ahronot” qəzetinə açıqlama verən İsrail Xarici İşlər Nazirliyinin səlahiyyətlisi, Ərdoğanın tələblərinə belə cavab verib: “Türkiyədən üzr istədik, təzminat ödəməyə də hazırıq. Ancaq Ərdoğan Qəzzada blokadanın qaldırılması mövzusunda lağlağını dayandırmalıdır. Çünki belə bir faktın olmadığını Türkiyə də yaxşı bilir”.
Aydın Taş