ASO Putini təkzib etdi

suriya rus silahRusiya prezidenti Putinin  “Azad Suriya Ordusuna kömək edirik” açıqlamasına, ASO reaksiya verib. Azad Suriya Ordusu, Rusiya Hava Qüvvələrindən hər hansı dəstək almadıqlarını bildirib. ASO rəhbərliyi Moskvanın iddialarının tam əksininin baş verdiyini, mütamadi olaraq Rusiya ordusu tərəfindən bombardımana məruz qaldıqlarını açıqlayıb.

Xatırladaq ki, Putinin açıqlamasından sonra  Rusiya baş qərargahından Valeri Gerasimov da oxşar iddia ilə çıxış etmişdi.

 

Aydın Taş