1000 Rubl 15 manatdan da aşağı düşdü

rubl-manatRusiya Rublu Manat qarşısında da ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Dekabrın 14-ü və 15-də 1 Rusiya Rublu 0,0149 manata bərabər olub. Bu 1000 rublun 14,9 manata dəyişdirildiyi deməkdir.

Rubl Manat qarşısında sonuncu dəfə bu səviyyəyə yaxın 25 Avqust 2015-ci il tarixində düşmüşdü. Həmin gün 1 Rubl 0,0148 manata bərabər idi.

Ümumiyyətlə, 2014-cü ilin sonlarından etibarən Rusiya Rublu Manat qarşında ucuzlaşamağa başlamış, bu ilin 02 Fevral tarixində 0.0113 manata qədər düşümüşdü. Mərkəzi Bank 21 Fevraldakı devalvasiya ilə Rusiya Rublunu qaldıraraq 0.0170 manata bərabər etmişdi. Bu ilin Aprel- May aylarında Rusiya Rublu 0.0211 manata qədər qalxmışdı. Həmin məzənnə ilə müqayisədə, bu gün 1000 rubl 6,2 manat daha ucuz alınır. Əlbəttə, belə vəziyyət Azərbaycan ixracatçıları və Rusiyadan pul göndərən soydaşlarımız üçün əlverilşli deyil.

(marja)