Prokurorluq iş adamının müraciətini araşdıracaq

shirzad-abdullayevBaş Prokurorluq intihar etmək istəyən Ramil Hüseynovun müraciətinə baxacaq

İş adamı Ramil Hüseynovun prezindent İlham Əliyevə, Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinə etdiyi müraciət araşdırılır. Bu barədə iş adamının özü məlumat verib.

Xatırladaq ki, Ramil Hüseynov müraciətində “Aqrarktedit”in sədri Məmməd Musayevlə Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevdən şikayət edirdi. İş adamının sözlərinə görə, adıçəkilən məmurlar onun sahibkarlıq fəaliyyətinə əngəl törədir. Ramil Hüseynov Sahibkarlığa Milli Kömək Fondunun xətti ilə kredit götürmək istəsə də, müxtəlif bəhanələrlə ona vəsait ayrılmır.

memmed

İş adamı deyir ki, Baş Prokurorluq onun müraciətini xüsusi nəzarətə götürərək araşdırılması üçün Yasamal Rayon Prokurorluğuna göndərib: “Müraciətimə diqqət ayırdıqları üçün təşəkkür edirəm. İnanıram ki, müraciətdə qeyd etdiyim faktlar dərindən araşdırılacaq və müvafiq qərar qəbul olunacaq. Əslində burada hər şey göz qabağındadır. Mən sahibkarlıq fəaliyyətimi inkişaf etdirnək üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit götürmək istəyirəm. Biznes plan hazırlamışdım. 120 min manat kredit verilməsini xahiş etmişdim. Lakin məni aldadaraq biznes planımı dəyişdilər, 50 min kredit verdilər. Dedilər ki, yeni biznes plandakı öhdəlikləri yerinə yetirsəm əlavə 70 min manat da veriləcək. Mən öhdəlikləri yerinə yetirmişəm. Dəfələrlə Məmməd Musayevə, Şirzad Abdullayevə müraciət etmişəm ki, öhdəlikləri yerinə yetirib-yetirmədiyimi öyrənmək üçün mpnitorinq aparsınlar. Bu onların birbaşa vəzifə borcudur. Lakin müraciətlərim nəticəsiz qalıb və mənim biznesimə ciddi zərbə dəyib. Hətta iş o yerə çatıb ki, intihar etmək istəmişəm. Bu barədə müraciətimdə də bildirmişəm. Bir məqamı da qeyd etmək istəyirəm ki, bu adamlar çoxlarından “şapka” alıb ki, milyonluq obyektlərə sahibdirlər. Konkret olaraq deyim ki, “Çinar” restoranı Şirzad Abdullayevə məxsudur. Bu restoranı hansı pulla tikdirdiyini artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırmalıdır. Məmməd Musayevin oğlu isə “Turan Bank”ın rəhbəridir. Onun kreditləri hansı şərtlərlə verməsi də araşdırma predmetidir”.