Onlar elə ilk cəhddə icraçı olduqlarını etiraf etdilər
Tarix göstərir ki, avtoritar rejimlərdə özfəaliyyət çox cüzi olur. Yəni, ölkədəki korrupsiya, qanunsuzluq, əsassız həbslər, talançılıq və digər neqativ hallar hakimiyyətin mahiyyətindən doğur.
Azərbaycanda da uzun illərdi bu proses gedir. Yuxarıdan start götürmüş “xəstəlik” aşağılara qədər sirayət edib. Hakim ailədən tutmuş, hansısa icra başçısına hər kəsin “fəaliyyəti” haqqında ortada faktlar var. Azərbaycan məmurlarının var-dövləti, biznes imperiyası haqda dünya mətbuatında tez-tez araşdırma materialları tirajlanır. Demək istəyirik ki, ölkənin bu vəziyyətə gəlib düşməsi hansısa məmurun öz fəaliyyəti, yarıtmaz əməlləri yox, sistemin xarakteridir.
Ölkədə baş verənlər də bunun sübutudur. Uzun illər öncə ölkə gündəmini Hacı Məmmədovun dəstəsi silkələyəndə də, bugünlərdə MTN hadisələri baş verən də, şübhələr hökumətin zirvəsinə aparırdı. Belə ki, Hacı Məmmədov “mən osminoqun bir barmağıyam” deməklə, daha böyük cinayətkarların azadlıqda olduğuna işarə etmişdi. “Gülərqeyt” hadisələri zamanı Gülər Əhmədova “ağzımı açdırmayın” mesajı göndərmişdi. Yəni, “açaram sandığı, tökərəm pambığı” deməklə, yuxarıda oturanların əməllərindən xəbərdar olduğunu xatırlatmışdı.
Indi isə MTN-də baş verənlər, Beynəlxalq Bank ətrafında yaranmış qalmaqal, yenə də yuxarılara doğru addımlayır. Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev həbs olundu və türmənin qapısını görməmiş danışmağa başlayıb. Yəni, çətinliyin ilkin mərhələsində “təkcə mən günahkar deyiləm” mesajını verib. Cahangir Hacıyevin vəkili “kredit qalmaqalı”na görəÿ Maliyyə ÿNazirliyini ittiham edib: “Əksər kreditlər Müşahidə ÿŞurasının tapşırığı iləÿ verilib. MüşahidəÿŞurasında təmsil olunan məhz Maliyyəÿ Nazirliyidir. Kredit veriləndə ÿMaliyyəÿ Nazirliyi hara baxırdı və ÿindiyədək niyəÿ adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə ÿŞurası olub. Bu qurumda isəÿəsas söz sahibi Maliyyə ÿNazirliyidir” – deyə vəkil bildirib.
Bəli, Cahangir Hacıyev deyir ki, mən sadəcə icraçıyam, əsas patron Maliyyə Nazirliyidir. Sabah Maliyyə nazirini həbs etsələr o da “mən kiməm ki, Prezident aparatından tapşırıq verilmişdi” söyləyəcək.
Yaxud, həbs olunmuş MTN generalları da əmr qulu olduqlarını söyləyirlər.
Proses hələ yeni başlayıb. Qarşılıqlı ittihamlar inkişaf edəcək və bütün ittihamlar ən yuxarını göstərəcək.
Bütün bunlar bir daha təsdiqləyir ki, problem sistemdədir, bütün qanunsuzluqlar ən yuxarıda oturanlardan qaynaqlanır və bu gün ortaya çıxan faktlar da sistem ənənəsindən yaranıb.
Deməli, Cahangirlər, Eldarlar, Hacı Məmmədovlar, Çovdarovlar sistemin yetirməsidir və bu “tərbiyə” ilə belə yetişmək təbiidir. Hakimiyyət gündəmi nə qədər dəyişmək, cinayətləri 1-2 adamın üstünə atmaq istəsə də, nəticəni dəyişmək mümkün olmayacaq. Hələ çox ağızlar açılacaq, çox sözlər deyiləcək və şəffaf mənzərə yaranacaq.
Samir



