MTN ləğv olundu; Nazirliyin bazasında iki dövlət xidməti yaradıldı

mtnAzərbaycanda Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi. Nazirliyin bazasında iki dövlət xidməti yaradıldı. Bununla bağlı ölkə başçısı İlham Əliyev dekabrın 14-də fərman verib.

Fərmana əsasən MTN-in bazasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Xarici Kəşfiyyat Xidməti yaradılır.

Ölkə başçısı hər iki yeni xidmətə rəhbər də təyin edib. Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin olunub.