Universitetin rəsmi saytında (bsu.edu.az) yer alan “dünya şöhrətli məzunlarımız” bölümündə Əbülfəz Elçibəyin adı yer almayıb. Baxmayaraq ki, Elçibəy BDU-nun şərqşünaslıq fakültəsini bitirib və uzun müddət burada müəllim işləyib, Milli Azadlıq Hərəkatının lideri, 1992-1993-cü illərdə Azərbaycanın ikinci prezidenti olub.
BDU rəhbərliyinin bu rüsvayçı hərəkətinə AXCP sədri Əli Kərimli sərt reaksiya verib. O, feysbuk səhifəsində yazıb:
“Rəsulzadə-Elçibəy dərdi bunları bitirəcək. İndi də öz aləmlərində Ə.Elçibəyin tariximizdəki rolunu kiçildirlər. BDU-nun saytında “dünya şöhrətli məzunlarımız” bölümünə 43 nəfərin adı daxil edilib. Lakin həmin 43 nəfərin arasında BDU-nun məzunu və müəllimi olmuş, Azərbaycanın ikinci prezidenti və həqiqətən dünyada tanınmış Əbülfəz Elçibəyin adı yoxdur…
Adamlar anlamırlar ki, BDU-dan Rəsulzadənin adını götürəndə də, indi də itirən Rəsulzadə və Elçibəy deyil, Bakı Dövlət Universitetidir. BDU Rəsulzadə və Elçibəyin hörmətini artırmır, amma M.Ə.Rəsulzadə və Ə.Elçibəy BDU-nun hörmətini artırardı. Niyə imkan vermirsiniz ki, BDU daha şöhrətli olsun?”
BDU-nun rəzaləti



