Baş nazirin iti deputatı dişlədi və təcridxanaya salındı

netanyahuİsrailin baş naziri Benyamin Netanyahu və onun həyat yoldaşı Saranın iti deputat Knesset Şiran Askeli, eləcə də xarici işlər naziri müavini Tsipi Xototvelinin həyat yoldaşı Or Alonu dişlədiyinə görə on günlük təcridxanaya salınıb. Bu barədə baş nazir özü “facebook” səhifəsində məlumat yayıb.

Hadisə dekabrın 9-da baş nazirin evindəki qonaqlıqda baş verib. Qonaqlığa “Likud” fraksiyasının üzvləri və onların həyat yoldaşları da dəvət olunub.

Tədbirin gedişində Kayya adlı it qonaqlardan ikisini dişləyib. Onlara elə evdə tibbi yardım göstərilib.

Məlumata görə, həmin it Netanyahular ailəsində 2015-ci ilin iyununda peyda olub. İti evə baş nazirin hazırda hərbi xidmətdə olan kiçik oğlu gətirib.

 

azadliq.info