Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab verməməyimiz qorxudan deyil. Sadəcə, səbrlə və sivil dövlət olaraq davranırıq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata müsahibəsində bildirib.
XİN başçısı Türkiyənin səbrlə davranmasının səbəblərini belə izah edib: “Ancaq bizim də səbrimizin bir həddi var. İstəmədiyimiz bir hadisə baş verdi. Rusiya sərhədimizi qanunsuz olaraq pozdu. Bununla belə, əlaqələrimizi keçmişdə olduğu vəziyyətə qaytarmaq üçün səbrlə davranırıq”.

Türkiyə Rusiyanı hədələdi
•
•


