Təbrizdə Nardaranla bağlı etiraz aksiyası olub FOTO

İrandan alınan xəbərlərdə deyilir ki, dekabrın 10-da Təbrizdə Azərbaycan Respublikasının konsulluğu qarşısında “Nardaranda şiələrin öldürülməsinə” etiraz olaraq aksiya keçirilib.

Onlarca etirazçı əllərində “Nardaran şəhidləri” kimi plakatlarla Azərbaycan hökumətini ittiham edib.

Yarırəsmi Mehr agentliyi xəbər verir ki, qeyri-mütəşəkkil təsir bağışlayan aksiyada əsasən dini mədrəsələrin tələbələri iştirak ediblər.

Bu da xəbər verilir ki, iştirakçılar aksiyanın sonunda konsulluğun qarşısında “ibadət edib, matəm keçiriblər”.

 

azadliq.org