Türmənlərin yaşadığı Bayırbucak bölgəsinə hücum zamanı əsir düşən suriyalı əsgər, döyüşmək istəmədiklərini, ordu sıralarından qaçmaq üçün fürsət axtardıqlarını bildirib. Rəcəb adlı əsgər il yarımdır Əsəd qüvvələrinin tərkibində döyüşdüyünü, bu müddət ərzində iki dəfə qaçmağa cəhd etdiyini bildirib:
“İl yarımdır Suriyanın ordu sıralarında döyüşürəm. Bir neçə dəfə yoldaşlarımla birlikdə qaçmağa çalışdıq, lakin niyyətimiz baş tutmadı. Çünki qaçan əsgərləri öldürürlər. Hazırda qaçmaq istəyən bir çox əsgər var, amma ölüm qorxusu istəklərini reallaşdırmağa imkan vermir. Bizi zorla döyüşdürürlər”.
Aydın Taş