İraqın tanınmış şiə liderlərindən olan Ayətullah Əli Sistani, ad çəkmədən Türkiyənin Mosula əsgər göndərməsini tənqid edib. Sistani, Bağdad hökumətini ölkənin suverenliyinin pozulmasına imkan verməməyə çağırıb.
“Al Jazeera”də yer alan xəbərə görə, Sistani, spikeri Şeyx Abdülmehdi Kərbalayi vasitəsilə yaydığı açıqlamada, hökumətə səslənib: “Hökumət, heç bir xarici qüvvənin İraqın suverenliyini pozmağa icazə verməməlidir”,- deyə açıqlamada bildirilir.
Aydın Taş