BMT Təhlükəsizlik Şurası, Rusiya və Çinin etirazlarına baxmayaraq tarixində ikinci dəfə Şimali Koreyadakı insan haqqları pozuntularını müzakirəyə çıxarıb.
Şuranın aylıq proqramında yer almayan mövzunun müzakirəsi üçün səs vermə tələb olunub. ABŞ, İngiltərə, Fransa, Çili, İordaniya, Litva, Malayziya, Yeni Zelandiya və İspaniya mövzunun gündəliyə salınması üçün təklifin leyhinə, Rusiya, Çin, Venesuela və Anqola əleyhinə səs verib. Nigeriya və Çad bitərəf isə bitərəf qalıb. Nəticədə lazım olan 9 səs təmin edildiyindən və prosedura bağlı səsvermələrdə daimi üzvlərin veto səlahiyyəti olmadığı üçün mövzunun müzakirəsi gündəliyə salınıb.
Bundan sonra BMT İnsan Haqları ali komissarı Zeid Raad əl-Hüseyn, Şimali Koreyada sistematik insan hüquqları pozuntularını izah edərək, mövzu ilə bağlı Beynəlxalq Ceza Məhkəməsinə (UCM) müraciət edilməsini istəyib.
Qərb ölkələri bu ölkədəki insan haqları vəziyyətinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu düşünür.
Aydın Taş