“Qarabağ” Avroliqada çıxışını məğlubiyyətlə başa vurdu

qarabagAvropa Liqasının qrup mərhələsində sonuncu – altıncı turun oyunları keçirilib. Təmsilçilərimizdən “Qarabağ” həlledici oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə “Anderlext”in qonağı olub. Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticəyə əsasən “Qarabağ” qrupda sonuncu yer tutaraq Avroliqada çıxışını başa vurdu.