putin

Putin orduya göstəriş verdi: “Məhv edin”

putin“Rus əsgərlərini və ya hərbi obyektlərimizi təhdid edən hər bir hədəfi dərhal məhv edin”. Bunu Rusiya Müdafiə Nazirliyinin əməkdaşları ilə görüşü zamanı Rusiya prezidenti Putin bildirib. Putin terrorizmə qarşı mübarizə aparan dövlətlərlə əməkdaşlıq göstərişi də verib:

 

“Əsgərlərimizə qarşı yeni təxribatlar hazırlayan hər kəsi xəbərdar edirəm. Suriyadakı əsgərlərimizin və hərbi bazalarımızın təhlükəsizliyi üçün bütün lazımı tədbirlər görülüb. Rus əsgərlərini və ya hərbi obyektlərimizi təhdid edən hər bir hədəfi dərhal məhv edilməlidir. Eyni zamanda, terroristlərin məhv edilməsi üçün çalışan hər bir dövlətlə əməkdaşlıq edilməlidir”,- deyə Putin bildirib.

 

Aydın Taş