İran İnqilab Gözətçilərinin tərkibində Suriyaya göndərilən əfqan döyşçülərdən ibarət Fatimiyyun briqadalarının komandirlərindən biri, Hüseyn Ferdayin Suriyanın Hələb şəhərində baş verən qarşıdurmada öldürülüb.
İranın Tasnim agentliyinin verdiyi xəbərə görə, Əfqan əsilli komandir Ferdayin, dünən günortadan sonra baş verən qarşıdurmada öldürülüb. Xəbərdə, Ferdayinin Fatimiyyun Briqadalarının qurucularından biri olduğu bildirilir.
Aydın Taş