İran Xarici İşlər Nazirliyinin Ticarət və Enerji direktoru Cavad Emin Mansur, beynəlxalq sanksiyaların qaldırılaçağı halda, İran təbii qazının Türkiyə üzərindən Avropaya çatdırılmasının mümkün olduğunu bildirib. O, detalları açıqlamasa da, bunun üçün bir çox əsasların mövcud olduğunu deyib:
“Avropa bazarından tələb olunacağı halda, İran təbii qazının Türkiyə üzərindən daşınması mümkündür. Bunun üçün bir çox əsaslar var, indidən nə olacağını söyləyə bilmərik. Bütün sanksiyaların qaldırılmasını gözləyirik, sonra təbii qazın bazarlanmasını, marşrutlarını və alıcılarını dəyərləndirəcəyik”.
Aydın Taş