Dünya əhalisinin təxminən dörddə birinin hesabının olduğu sosial şəbəkə saytı Facebook, artıq internetsiz şəraitlərdə və ya internetin zəif olduğu metro, tunel kimi yerlərdə də istifadəçilərinin xəbərsiz qalmayacaqlarını və şərh yaza biləcəklərini açıqlayıb.
Facebook, şirkətlə bağlı yenilikləri paylaşdığı “xəbər otağı” saytından məsələ ilə bağlı məlumat yayımlayıb. Məlumatda, yeni tətbiq haqqında informasiya verilib.
Məlumatda “Məqsədimiz insanların özləri üçün ən dəyərli hekayələr ilə əlaqə qurmalarına yardımçı olmaqdır. Artıq Facebook istifadəçiləri, internetsiz şəraitlərdə və ya internetin zəif olduğu metro, tunel kimi yerlərdə də xəbərsiz qalmayacaqlar” ifadəsi istifadə edilib.
Şirkət, istifadəçilərinin internet olmayan və ya zəif olduğu şəraitlərdə paylaşımlara şərh yaza və bu şərhlərin daha sonra internet bağlantısı yarananda yoldaşları tərəfindən görülə biləcəyini açıqlayıb.
(marja)