Elvin Abdullayevin səhhətində problem yaranıb

elvin-abdullayevAXCP Gənclər Komitəsinin üzvü, şərlənərək həbs olunmuş Elvin Abdullayevin səhhətində problem yaranıb. Belə ki, Elvin Abdullayev həbsinin ilk vaxtlarında vəhşicəsinə döyülərək karsa salınmışdı. Ötən müddət ərzində zərbə aldığı nayihədə yumurta boyda yırtıq əmələ gəlib. Həbsxanada Elvini müayinə edən cərrah bildirib ki, təcili əməliyyata ehtiyac var. Əgər vaxtında əməliyyat edilməzsə, daha ciddi fəsadlar yarana bilər.

Qeyd edək ki, Elvin Abdullayev cinayət məcəlləsinin 234-cü maddəsi ilə ( CM bu maddəsi qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə kimi kimi hallarla məşqul olan adamlara şamil edilir) ittiham olunub və 6 il müddətnidə azdlıqdan məhrum edilib.