AXCP Ədliyyə Nazirliyini məhkəməyə verdi

axcp-qurultay3AXCP axırıncı qurultayından sonra sənədlərinin dövlət reyesterində qeydə alınmasından imtina olunması ilə bağlı məhkəməyə müraciət edib. Bu barədə azadliq.info-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinə edilən şikayət “məlumatların dövlət reyesterin daxil edilməməsinə” görədir və cavabdeh qismində Ədliyyə Nazirliyi göstərilib.

Xatırladaq ki, AXCP-nin axırıncı qurultayı sentyabrın 27-də keçirilib. Qurultaydan sonra onun nəticələrinin dövlət qeydiyyatına daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Lakin Ədliyyə Nazirliyi hakimiyyətin AXCP-yə aidiyyatı olmayan adamlardan yaratdığı, onun adına iddia edən bir dəstənin müraciətini əsas gətirərək partiyanın sənədlərini qeydə almadan geri qaytarıb. Bildirib ki, AXCP adına başqa iddialı da olduğu üçün məsələ məhkəmədə aydınlaşdırılsın.