24 yaşlı qız faciəvi şəkildə öldü

qaz olumBakıda gənc qız dəm qazından boğulub.
Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi hamamda huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı N. Əzizovanın dəm qazından zəhərlənərək öldüyü müəyyən olunub. (lent.az)