Ticarət obyektləri üçün sadələşdirilmiş vergi (SV) dərəcəsini 4 faizdən 6-ya qaldırdılar. İctimai iaşə üçün 4-dən 8-ə, ikiqat yəni.
Digər yandan siqaretin topdansatışının, spirtli içkinin isə həm topdan, həm pərakəndə satışının yalnız kartla aparılmasını tələb edirlər.
SV ödəyicisi olan mağaza 2 manata satdığı siqareti firmadan (topdan) 1.90-a alır. Bir qutuda 10 qəpik qazanır. 2 manatlıq satışı dövriyyədə gösərdikdə, 6 faiz hesabı ilə 12 qəpik vergi ödəməlidir. 10 qəpik qazandığı halda 12 qəpik vergi ödəməlidir!
Topdan siqaret satanlar hər paçkanın üstünə 1 qəpik qoyurlar. Məsələn firmadan 1.90-a alıb, 1.91-ə satırlar. Bu məbləği dövriyyədə göstərən SV ödəyicisi 11 qəpiyə yaxın vergi ödməlidir. 1 qəpik qazandığı halda 11 qəpik.
Bu mümkün bir işdirmi? Yox. Bəs niyə belə qanunlar qəbul edilir? Cavab: vergi terroru.
Bunun ölkədə içki-siqaret dövriyyəsini bilmək deyə bir məqsədi yoxdur. Aksiz markalanması özü dövriyyə ölçüsüdür. Monopolistlər ölkəyə nə qədər mal gətirir, yerli istehsalçılar nə qədər istehsal edir, hamısının dəqiq hesabı var hökumətin əlində. Yerli zavodlardan mal vergi müfəttişinin nəzarəti altında çıxır. Gömrükdə də həmçinin.
Burda 2 manata satılan siqaretin eynisi Ukraynada 80 qəpikdir. 1.20 fərq var. Bu fərqin 10 qəpiyi pərakəndə satıcılara çatır. 1.10-nu monopolist şirkətlər mənimsəyir. Hökumət gözünü dikib ki pərakəndə satıcıya çatan 10 qəpiyi də vurub əlindən alsın.
Ayrıca, aksizli malların kartsız satışına görə ağır cəzaların qoyulması hakimiyyətin xalqa qarşı necə yaramaz baxışlı olmasını bir daha təsdiq edir. Bunlar hələ başlanğıcdı. Simasız quldurlar xalqın iliyini də sömürəcəklər.
Ruslan Köçərli
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.