Suriya üsyançılarının nümayəndələri siyasi müxalifətlə danışıqlardan çıxıb.
Tərəflər Səudiyyə Ərəbistanında keçirilən görüşdə prezident Bəşər Əsədlə mümkün sülh danışıqları ərəfəsində vahid mövqeə gəlməyi müzakirə edirdilər.
Əl Qaidənin yerli qanadı olan Əl Nüsrə cəbhəsi ilə kürdlər danışıqlara dəvət olunmayıblar.
İlin sonunadək Suriyada siyasi keçidlə bağlı görüş gözlənilir.
Rusiya və İran hesab edir ki, Bashar Assad rejimi bu siyasi keçidin tərkib hissəsi olmalıdır.
Amma ABŞ və digər Qərb ölkələri Əsədin getməsini tələb edirlər.