Rusiya Azərbaycanın gömrüyünü nəzarətə götürdü

meyve

Ruiya türk mallarının Azərbaycandan da ixracına qadağa qoydu

Ekspertlərə görə, Azərbaycanın ixracı normal qaydasında olsaydı Rusiya bazarını kənd təsərrüfatı məhsulları ilə təmin edərdi

Rusiyanın dövlət qurumları Azərbaycan və Qazaxıstan ərazisindən tranzit kimi istifadə olunaraq türkiyəli sahibkarlara məxsus meyvə-tərəvəzin ölkəyə gətirilməsinə daha ciddi nəzarət edəcək.

Rusiyanın Ictimai Palatasının Ailə, uşaq və anaya dəstək Komissiyası sədrinin birinci müavini Pavel Sıçyov bununla bağlı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyova, Federal gömrük xidmətinin sədri Andrey Belyaninova vəIstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəhbəri Anna Popovaya müraciət edib.

Müraciətdə bildirilir ki, türkiyəli sahibkarlar məhz Azərbaycan və Qazaxıstan ərazisindən istifadə edərək öz məhsullarını Rusiyaya çatdırır.

“Məndə olan dəqiq məlumata görə, Türkiyədən olan sahibkarlar öz məhsullarını Rusiyaya çatdırmaq üçün yollar axtarır və bunun üçün adıçəkilən ölkələrin ərazisindən istifadə olunur. Bu, azərbaycanlı təchizatçıların Rusiya bazarında mövqeyini genişləndirmək üçün də yeni imkanlar yaradır. Burada müxtəlif variantlardan istifadə oluna bilər. Bunun qarşısı alınmalıdır”, – deyə P. Sıçyovun müraciətində qeyd edilir.

Istehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Yuliya Melano deyib ki, Türkiyəyə məxsus məhsullara embarqo 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minir və bu səbəbdən təkrar ixraca nəzarət həmin dövrdən gücləndiriləcək. (APA)

Bəs, bu qadağadan Azərbaycanın tranzit və ticarətdə vasitəçilik göstərən ölkə kimi itkiləri nədən ibarətdir? Azərbaycana baş verənlərdən nə qədər ziyan dəyəcək?

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev hesab edir ki, bu qadağalar Azərbaycana ciddi ziyan vurmayacaq. Əksinə bu situasiya Azərbaycana Rusiya bazarını ələ keçirməyə imkan verə bilər. Amma Azərbaycanın ixracının normal qaydasında olmadığını deyən S.Əliyev vurğuladı ki, Qərb Rusiyaya iqtisadi sanksiyalar tətbiq edəndən sonra Azərbaycan üçün kənd təsərrüfatı məhsullarını Rusiya bazarına çıxarmaq imkanı yaranmışdı: “Amma Azərbaycan bundan istifadə edə bilmədi. Türkiyənin isəkənd təsərrüfatı məhsullarının ixracı 20-25 faiz artdı. Yəni Türkiyə bazarını xeyli dərəcədə genişləndirmişdi. Indi Türkiyənin sıxışdırılması Azərbaycan üçün imkan yaradır. Amma Azərbaycan təəssüf ki, bu imkandan istifadə edə bilməyəcək”.

Rusiyanın türk mallarına qadağa qoymasının Azərbaycana tranzit baxımından zərbə vurduğunu deyən S.Əliyev qeyd etdi ki, Rusiyaya gedən tranzit daşımalarından Azərbaycanın qazancının nə qədər olduğu açıqlanmır. Amma bu da böyük itki deyil. “Amma Azərbaycan Türkiyədən bir sıra güzəştlər qopara bilər. Rusiya bazarını itirən Türkiyə Rusiya üçün nəzərdə tutduğu malları Azərbaycana təqdim edə bilər və bu zaman da Azərbaycana qiymət güzəşti edilə bilər. Bu isəbazardan Çin mallarının sıxışdırılmasına səbəb ola bilər”, deyə S.Əliyev vurğuladı.

Xəyal