“Qəbələ” Avroliqada son oyununda da məğlub oldu

qebeleAvropa Liqasının qrup mərhələsinə yekun vurulur. Bu mövsüm ölkəmizi turnirdə təmsil edən “Qəbələ” də sonuncu oyununa çıxıb.

Qrupdan çıxmaq şansını itirən Roman Qriqorçukun komandası Bakıda “Krasnodar”ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb.

“Qəbələ” (Azərbaycan) – “Krasnodar” (Rusiya) – 0:3
Qollar: Ragnar Sigurdsson, 26 (0:1), Pereyra, 40 (0:2), Vanderson, 75 (0:3)