Noyabrda OPEC-in neft hasilatı artıb

neftNeft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı, noyabrda əvvəlki ayla müqayisədə gündəlik 230 min barrel artaraq 31,7 milyon barrelə çatıb.

OPEC-in noyabr ayına dair “Neft Bazarı Hesabatı”na görə, OPEC ölkələri içərisində xam neft istehsalı noyabr ayında ən çox İraq, Anqola və Küveytdə artıb, bu dövrdə Liviya, Nigeriya və Səudiyyə Ərəbistanında neft hasilatı azalıb.

Noyabrda Oktyabr ayı ilə müqayisədə, İraqın neft hasilatı gündəlik orta hesabla 250 min barrel artaraq 4,3 milyon barrelə çatıb. Neft hasilatı, Anqolada 1,8 milyon, Küveytdə isə 2,7 milyon barelə yüksəlib. Həmin dövrdə Liviyanın günlük orta neft hasilatı 405 min barelə düşüb, Nigeriyada 1,9 milyon barrelə, Səudiyyə Ərəbistanında isə 10,1 milyon barelə enib.

OPEC-in xam neft hasilatı noyabrda sutkada orta hesabla 31 milyon 695 min barelə yüksəlib.

BAZARA AYDA 95,6 MİLYON BAREL NEFT ÇIXARDILIR

Noyabrda qlobal neft təklifi, Oktyabr ayı ilə müqayisədə, gündəlik orta hesabla 370 min artaraq 95,6 milyon barelə yüksəlib. Hesabata görə, bu vəziyyət OPEC və OPEC xaricindəki ölkələrin neft təklifində baş vermiş artımdan irəli gəlib. Qlobal neft hasilatında OPEC-in payı isə 33,2 faiz olub.

TƏLƏB 92,88 MİLYON BARELDİR

Hesabata görə, bu il üçün qlobal neft tələbi, ötən illə müqayisədə, sutkada orta hesabla 1,53 milyon barel artımla 92,88 milyon barelə çatacaq. Bu həcm gələn il üçün gündəlik orta hesabla 1,25 milyon barel artımla 94,13 milyon barelə çıxacaq.

OPEC-in ötən cümə keçirilən iclasında daha əvvəlki  toplantılarda olduğu kimi gündəlik  30 milyon barellik yüksək istehsal kvotası dəyişdirilmədi.  Bundan sonra neft qiymətləri, sürətli bir azalma meylinə girərək çərşənbə günü son 7 ilin ən aşağı səviyyəsinə (39,85 dollar) gerilədi.

 

(marja)