“Məni Baş Prokrorluqda deyil, “bandotdel”də dindirdilər””

natiq kerimovNardaran hadisələri ilə bağlı dindirilən kənd Ağsaqqallar Şurasının sədri Natiq Kərimov 6 saat dindirilməsi zamanı problem olmadığını bildirib. Bu barədə açıqlama verən N.Kərimov bildirib ki, o, Baş Prokrorluqda deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib.

“Onlar məni dindirdi, 6-7 səhifə yazı yazıldı. Ümumi söhbətlər oldu. Çox şeylər soruşublar, çox şey danışmışam. Müəyyən məsələrlə razılaşdım, müəyyən məsələrlə razılaşmadım. O ittihamlar ki, Nardaranda tutulan insanlara qoyulmuşdu, onları da qəbul etmədim”.

Nardaranda tutulanlara qarşı ittihamlarla razılaşmayan ağsaqqal bildirib ki, bu məsələ ədalət, insaf və qanun çərci vəsində araşdırılmalıdır.

“Dedim ki, elə bir ittihamlar olmamalıdır. Hadisə olub, məsələ araşdırılar və ümid edirəm ki, insafla, ədalətlə, qanun çərçicəsində araşdırılar”. (Modern.az)