Əəfsanəvi boksçu Məhəmməd Əli, Respublikaçıların prezidentliyə namizədi Donald Trampın müsəlmanlara yönəlik çıxışlarına reaksiya verib. Boksçu İslamdan öyrənəcəkləri çox şeyin olduğunu bildirib:
“İslamiyyəti maraqlarına alət edənlərin qarşısında olmalıyıq. Bizim hələ İslamdan öyrənəcəyimiz çox şeylər var”,-deyə o, bildirib. İŞİD kimi terror təşkilatlarını da sərt tənqid edən Əli, bildirib: “Gerçək müsəlmanlar İslamda şiddətə yer olmadığını bilir. Bunların etdiklərinin inancımızla heç bir əlaqəsi yoxdur”.
Aydın Taş