Kiyevdə rusiyalı diversant öldürülüb

ukrayna-savasUkrayna Təhlükəsizlik Xidmətinin Kiyevin Obolonsk rayonunda təxribatçı qrupa qarşı keçirdiyi əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən rusiyalı diversant öldürülüb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qilyanskaya məlumat verib.

O bildirib ki, əməliyat nəticəsində Ukraynanın bir neçə şəhərlərində fəaliyyət göstərən 2 Rusiya və 3 Ukrayna vətəndaşı saxlanılıb.

Əməliyyat nəticəsində yaralanan təhlükəsizlik xidməti əməkdaşlarından biri xəstəxanada dünyasını dəyişib.

Təxribatçı qrupun sığınacağı olan mənzildən isə partlayıcı maddələr, silah sursat , 2 mindən artıq patron və 40 mərmi aşkarlanaraq götürülüb.

 

(apa)