İranda donuz qripi sürətlə yayılır. Təkcə ötən ay bu ölkədə donuz qripinə tutulan 42 nəfərin öldüyü açıqlanıb. Səhiyyə naziri Həsən Gazizade Haşimi, epidemiyanın ən çox İranın cənub şərqində yerləşən Kirman əyalətində yayıldığını bildirib. Nazir virusa tutulan 600 nəfərin xəstəxanalarda müalicə aldığını da açıqlayıb.
İranda ötən il donuz qripindən 89 adam öldüyü bildirilir.
Aydın Taş