“Bu, İslam və Qərb arasında savaş deyil”

Yens StoltenberqNATO-nun baş katibi Jens Stoltenberg, Albaniyada səfərdədir. Stoltenberg Albaniyanın baş naziri Edi Rama ilə təşkil etdiyi mətbuat konfransında, bütün NATO müttəfiqlərinin IŞİD-ə qarşı qurulan qlobal koalisiyanın bir hissəsi olduğunu bildirib. Stoltenberg  bunun İslam və Qərb arasında savaş olmadığını da vurğulayıb. Baş katib Albaniyada olmaqdan və bu ölkə ilə əməkdaşlıqdan qürur duyduğunu ifadə edib: “Birliyə olan güclü bağlılığınız, Kosovo və Əfqanıstandakı qatqılarınız, Ukrayna və Gürcüstanın müdafiəsi üçün göstərdiyiniz səylərə görə minnətdaram”,-deyə bildirib.

 

Aydın Taş