Bir il ərzində Azərbaycanda 546 nəfər sifilisə yoluxub

xestexanaAzərbaycanda ilk dəfə qoyulan sifilis diaqnozu ilə qeydə alınan xəstələrin sayı ötən il 546 nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunlardan 340 nəfəri kişi, 206 nəfəri isə qadındır.

Ötən il qeydiyyatdan çıxarılan sifilis xəstələrinin sayı 340 nəfər olub. Bunlardan 223 nəfəri kişi, 117 nəfəri qadındır.

Ümumilikdə müalicə-profilaktika müəssisələrində sifilis diaqnozu ilə qeydiyyatda olan sifilis xəstələrinin sayı ötən il 1024 nəfərə çatıb. Bunlardan 639 nəfəri kişi, 385 nəfəri isə qadındır.

Statistika Komitəsindən verilən digər məlumata görə, 2014-cü ildə bu xəstəlikdən dünyasını dəyişən olmayıb.

 

(modern.az)