“Xəzərdə itkin neftçilərin axtarışlarını həyata keçirən helikopterlərindən 3-ü hava şəraiti ilə əlaqədar işi dayandırıb. Hazırda bir helikopter vasitəsi ilə havadan axtarışlar həyata keçirilir”.
Bu barədə ANS PRESS-ə “Günəşli” platformasında baş verən yanğınla əlaqədar yaradılmış qərragahdan məlumat verilib.
“Axtarışı dayandıran helikopterlər hazır vəziyyətdə gözlədilir. Hava şəraiti normallaşan kimi, axtarışlar yenidən bərpa ediləcək.
Həmçinin dənizkənarı ərazilərdə də dalğıclar hava şəraitinin əlverişsiz olduğunu nəzərə alaraq dayaz ərazilərdə axtarış aparırlar.
Ancaq onu deyə bilərik ki, gəmilərin işində fasilə yaranmayıb. Onlar axtarışı həyata keçirirlər. Axtarış tədbirlərinə bir təyyarənin də cəlb edilməsi nəzərdə tutulub. Onun da havanın şəraitindən asılı olaraq yaxın vaxtlarda işə başlayacağı bildirilir”.
Bu saata olan məlumata görə, hələlik axtarışlar heç bir nəticə verməyib.
(ans)