naxcivan04

Naxçıvan üçün böyük təhlükə

naxcivan04

Qars müqaviləsinin qüvvədən salınması mövzusu Rusiya mətbuatında geniş müzakirə olunur

Hikmət Hacızadə: «Bu, Ermənistan tərəfindən növbəti təxribatdır»

Rusiyanın ermənipərəst siyasi qüvvələri Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı münaqişə zonasına çevirməyə çalışırlar.

Türkiyənin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra bu qüvvələr xüsusilə fəallaşıblar. Belə qüvvələrin sırasında yer alan “Regnum” Informasiya Agentliyi dekabrın 11-də öz mətbuat mərkəzində Moskva və Qars müqavilələrinin denonsasiyası, yəni qüvvədən salınması mövzusundə dəyirmi masa təyin edib.

1921-ci il martın 16-da Türkiyə Böyük Millət Məclisi (TBMM) və Sovet Rusiyası arasında imzalanmış Moskva müqaviləsinə görə, keçmiş Irəvan quberniyasının Naxçıvan və Şərur-Dərələyəz qəzaları Azərbaycan ərazisi kimi tanınıb. Həmçinin Qars vilayəti və Irəvan quberniyasının keçmiş Sürməli qəzası və Aleksandropol qəzasının qərb hissəsi bu müqaviləyə görə Türkiyə ərazisi kimi müəyyən edilib. Moskva müqaviləsi nəticəsində əldə edilmiş anlaşma daha sonra 1921-ci il oktyabrın 13-də Türkiyənin Qars şəhərində Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Rusiyanın iştirakı ilə bağlanmış müqavilə nəticəsində yekun təsdiqini tapıb. Ermənistandan müqaviləyə xarici işlər naziri Poqos Makinzyan, Azərbaycandan isə dövlət nəzarəti naziri Behbud Şaxtaxtinski qol çəkib. Gürcüstanlı nazirlər Şalva Eliava və Aleksandr Svanidze, Türkiyəni Kazım Qarabəkir paşa, Rusiyanı isə səfir Yakov Qanetski təmsil edib.

“Qars müqaviləsinin qarantı Türkiyə və Rusiya”

Beynəlxalq müstəvidə Naxçıvanı Azərbaycan ərazisi kimi təsbit edən bu müqavilənin əsas qarantları kimi həmişə Türkiyə və Rusiya tanınıb. SSRI dağıldıqdan sonra Ermənistan mətbuatında Qars müqaviləsinin denonsasiya edilməsi vəNaxçıvana qarşı ərazi iddiası qaldırılması barədə Ermənistan mətbuatında təkliflər səsləndirilsə də rəsmi Irəvan bu istiqamətdə heç bir real addım atmağa cürət etmirdi. Amma Rusiyada ekspertlər səviyyəsində başlanan bu hay-küy regionda xüsusilə Naxçıvan üçün yeni problemlər yarada bilər. Erməni millətçiləri iddia edirlər ki, 1918-ci ildə Zaqafqaziya seymi dağılan zaman bölgüyə görə, Irəvan quberniyası və Qars vilayəti ermənilərin payına düşmüşdü. Buna görə də, Qars müqaviləsini qüvvədən salmaqla Irəvan quberniyasına daxil olmuş Sürməli, Naxçıvan və Şərur-Dərələyəz qəzalarına və Rusiya impreriyasının Qars vilayətinə yenidən iddia qaldırmağı mümkün sayırlar. Dolayısı ilə ermənilərin yeni ərazi iddiası Azərbaycanın Naxçıvan Muxtar Respublikası və müasir Türkiyənin əsasən azərbaycanlılar yaşayan Qars, Iqdır və Ərdəhan vilayətləri ilə bağlı ola bilər.

Xarici Işlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqlı Rusiya paytaxtında başlanan bu hay-küyün Türkiyə ilə bağlı olduğunu vurğulayıb: “Əslində, ekspertlər səviyyəsində qaldırılmış bu hay-küy Rusiya-Türkiyə münasibətlərinin gərgin vəziyyəti fonunda Ankaraya bir növ ideoloji təzyiq məqsədi güdür. Təbii ki, bu müəyyən qədər Azərbaycana da təsir edə bilər. Xüsusilə, Kremlin bu hay-küyə yaşıl işıq yandırması açıq-aydın görünür”.

“Naxçıvana daha bir təhlükə Irandan gəlir”

Başqa bir maraqlı məlumat isə ondan ibarətdir ki, TürkiyəninÿIraqaÿhərbçi göndərməsi Iran və TürkiyəniÿNaxçıvandaÿüz-üzə gətirə bilər.ÿBu iddia iləÿerməni siyasi ekspertlərÿçıxış edib.

Türkiyənin Iraqdakı qoşunlarının sayını artırması Iranın hiddətinə səbəb olub. Bu səbəbdən Iran adekvat addımlar ata bilər.ÿ

Məlumatlarda qeyd olunur ki, Iran Türkiyənin bu addımına Naxçıvanda münaqişə yaratmaqla cavab verə bilər. “Iran regionda sanksiyalardan canını qurtardığı bir vaxtda öz payını götürmək istəyir. Regionda Iran və Türkiyənin üz- üzəgəlməsiÿAzərbaycanÿvə Iranın qarşılaşması kimi qiymətləndirilir”,- deyə ekspertlər bildirir.ÿ

Erməni siyasi şərhçilər bildirir ki, Türkiyənin Naxçıvanda qoşunlarının olmasına baxmayaraq, əhalinin Iranmeyilli olduğunu deyirlər.

“Regionu başa düşmək çətindir. Çünki kimin- kimin yanında olduğunu dəqiq müəyyən etmək olmur. Hazırda Rusiya Ermənistanda hərbi fəalığını artırır. Əgər Iran-Türkiyə və Iran-Azərbaycan münaqişəsi başlayarsa Rusiya Ermənistanı ölkədəolan hərbi bazalarından müdafiə edəcəkmi?”.

hikmet-hacizade-yeni

Politoloq Hikmət Hacızadə hesab edir ki, bu cür təşəbbüslərin göstərilməsi beynəlxalq hüquq normalarına ziddir. H.Hacızadənin sözlərinə görə, hazırda cərəyan edən tendensiya bir müddət də davam edəcəksə, o zaman Azərbaycan XIN səviyyəsində məsələyə reaksiya verilməlidir: “Eyni zamanda Türkiyə də bu məsələyə biganə qalmamalı və proses daim diqqətdə saxlanmalıdır. Düşünürəm ki, bu Ermənistan tərəfindən növbəti bir təxribatdır. Qars müqaviləsi yalnız iki tərəfin razılığı ilə ləğv edilə bilər. Bu müqavilənin birtərəfli şəkildə ləğvi mümkün deyil”.

Xəyal

.