Nəqliyyat Nazirliyinin şirkəti ləğv edildi

neqliyyat-nazirliyi-yeniNəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan şirkət fəaliyyətini dayandırıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Avtomobil Yük Daşımalarının təşkili” MMC-nin ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, H. Məmmədov küçəsi 5 ünvanına bildirə bilərlər.