Müxaliflər Əsədlə danışıq şərtlərini açıqladı

Suriya MuxalifetiSuriyalı müxalif qruplar Əsəd rejimi ilə danışıqlar şərtini açıqlayıb. Müxaliflər Səudiyyə Ərəbistanının paytaxtı Riyadda təşkil edilən yığıncağın ilk günündə, Əsədin keçid hökumətində və Suriyanın gələcəyində yer almaması şərti ilə rejimlə müzakirəyə başlamaq haqda qərar qəbul ediblər. Müxaliflər razılaşmanın detallarını sabah yayımlayacaq.

Xatırladaq ki, müxalifət 18 dekabrda New Yorkda baş tutacaq Suriya danışıqlarına hazırlaşır.

 

Aydın Taş