ABŞ müdafiə naziri Eşton Karter, İraq rəhbərliyinin istəyəcəyi təqdirdə Ramadi şəhərinin IŞİD-dən tamamilə təmizlənməsinə yardımçı ola biləcəklərini bildirib. Karter bu məqsədlə İraqa personal və hücum vertolyotları göndərmək imkanlarının olduğunu deyib:
“Baş nazir Heydər Abbad istəyərsə, İraq Ordusuna İŞİD-in İraqdan tamamilə təmizlənməsi üçün hücum vertolyotları və personal da daxil olmaqla, əlavə dəstək verməyə hazırıq”,- deyə Karter bildirib.
Aydın Taş