Dövlət investisiyaları 48,7% azalıb

 

mehemmed-talibliMəhəmməd Talıblı: «İnvestisiya xərclərinin azalması məşğulluğun azalması deməkdir»

2016-cı ildə dövlət büdcəsindən iqtisadiyyata kapital qoyuluşu 3 mlrd 554,8 mln manat olacaq. Bu, 2015-ci ildəkindən (6 930 mln manat) manat azdır.

Ilk dəfə dövlət başçısının 2016-cı ilin dövlət büdcəsinin təsdiqi haqqında fərmanında beynəlxalq kreditlərin iştirakı ilə maliyyələşən infrastruktur layihələrinə investisiyalar üzrə vəsaitlərin həcmi ayrıca bölmədə göstərilib. Gələn il bu layihələrə 1 mlrd 578 mln manat ayrılacaq. Bunlar əsasən yol tikintisi, su təchizatı və başqa layihələrdir.

Belə bir addım iş yerlərinin azalmasına və sosial problemlərin qabarmasına gətirib çıxaracaq.

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, 2016-cı ilin büdcəsində azalmalar qeydə alınıb. Azalmaların əsasən bir neçə istiqamətdə baş verdiyini deyən M.Talıblı vurğuladı ki, dövlət büdcəsinin gəlir hissəsində 25 faiz, xərclər hissəsində 22 faiz azalmalar qeydə alınıb. Dövlət büdcəsinin xərclərinin azalmasının investisiya xərclərinin azalması anlamına gəldiyini söyləyən M.Talıblı bildirdi ki, ötən il dövlət büdcəsindən investisiya xərclərinə 30 faizdən çox vəsait yönəlmişdisə, 2016-cı ildə bu rəqəm 21 faizə düşüb: “Bu isə o deməkdir ki, investisiya xərclərinin azalması təkcə təmir-tikinti işlərinin azalması demək deyil. Bu, eyni zamanda iş yerlərinin azalması anlamına gəlir. Müəyyən dövr üçün investisiya layihələrinin həyata keçirilməsi əhalinin işlə təmini demək idi. Eyni zamanda bazarda tikinti materiallarını satan şirkətlər də bundan qazanc əldə edirdi. Yəni investisiya xərclərinin azalması məşğulluğun azalması deməkdir. Vətəndaşlar indi başqa iş yerləri tapmağa məcbur qalacaqlar. Bu da sosial gərginlik mənbəydir”.

Xəyal