Azərbaycanlılar Gürcüstanda ən böyük xarici investordur

gurcustan1Bu ilin 3-cü rübünün yekunlarına görə, Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların məbləği 489 milyon ABŞ dolları olub. Bu barədə qonşu ölkənin Gürcüstan Dövlət Statistika İdarəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33% azdır.

Birbaşa xarici investisiyalarda Azərbaycan şirkətlərinin payı 35%-dir və bu baxımdan ölkəmiz Gürcüstanda 1-cidir. Siyahıda 2-i yeri 55 milyon dollarla Niderland, 3-cü yeri isə 43 milyon dollarla Türkiyə tutur. Rusiya şirkətləri isə Gürcüstan iqtisadiyyatına cəmi 9 milyon dollar pul qoyub ki, bu da azərbaycanlılarla müqayisədə 19 dəfə azdır.

 

(report)