“Azərbaycan üçün qırmızı xətt 40 dollardır”

oqtay-haqverdiyevAzərbaycan üçün neftin qiymətində “qırmızı xətt” 40 dollardır.

Bunu İqtisadçı Oktay Haqverdiyev deyib.

İqtisadçı qeyd edib ki, qeyri-neft sektorunun inkişafı üçün yeni proqramlar qəbul edilməlidir. İndiki proqramlar Sovet dövründəki proqramlara oxşardır.

“50 MİN İŞÇİ ÇOXDUR”

Onun sözlərinə görə, neftin maya dəyəri də aşağı salınmalıdır. SOCAR-ın 50 min nəfər ilə neft hasil etməsi düzgün deyil. Yeni texnologiyalar tətbiq edilərək xərclər aşağı salınmalıdır.

Qeyd edək ki, dünən axşam saatlarında Brent neftinin barelinin qiyməti 39,85 dolları görüb.

 

(marja)