Ağ Ev Trampın seçkidən çıxarılmasını tələb edir

trampAğ Ev Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın müsəlmanların ölkəyə girişinə qadağa qoymaq təklifinə reaksiya verib. Administrasiyadan hesab edirlər ki, bu sözlərə görə milyarder seçki kampaniyasından uzaqlaşdırılmalıdır.

Ağ Evin mətbuat xidmətinin rəhbəri Coş Ernest hesab edir ki, Trampın müsəlmanların ünvanına dedikləri onu ABŞ prezidenti olmaq hüququndan məhrum edir. Çünki dövlət başçısı ABŞ konstitusiyasını qorumalı və müdafiə etməlidir. Bu səbəbdən də respublikaçı-milyarder prezident and içə bilməyəcək.

Bununla əlaqədar olaraq Ernest respublikaçıları Trampı seçkidən çıxarmağa çağırıb. Onun fikrincə, bu partiyadan prezidentliyə mümkün namizədlər Trampı dəstəkləməməlidir.

“Məsələ ondadır ki, Respublikaçılar partiyasının qalan hissəsi də Trampla birlikdə tarixin zibilliyinə gedəcək ya yox”, – deyə Ernest qeyd edib.

Fizzə