Rəsmi Kreml Türkiyənin İraqın şimalına əsgər göndərməsindən narahat olub. Artıq Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı narahatlığını ifadə edib. XİN-in açıqlamasında Türkiyənin Mosula əsgər göndərməsinin qanunsuz olduğu bildirilir:
“Türkiyənin bu addımları qanunsuzdur. Əsgərlərin İraq hökumətinin iradəsi və ya icazəsi olmadan Mosula göndərilməsi, çox ciddi gərginliyə səbəb olacaq. Bu hərəkətlər qəbul edilə bilməz”.
Aydın Taş